Pentaqondan Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə REAKSİYA
"Rusiya Prezidenti Vladimir Putinin nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməsinə şübhə etmirik".
ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinqdə bildirib.
Eləcə də bax: Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”
Onun sözlərinə görə, bu, V.Putin tərəfindən atılan lazımsız addımdır. O həmçinin bildirib ki, Rusiya heç vaxt nə NATO, nə də Ukrayna tərəfindən təhdid edilməyib:
"Bu addım çox təhlükəlidir və gərginliyi artırır. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdarlarımızı hər cəhətdən müdafiə etməyə qadirik".
Qeyd edək ki, Vladimir Putin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib.