Gündəm

Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”

“Rusiya Cənub Kuril adalarını işğal edib”.

ENA.az “Echo Moskvı”ya istinadən xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyama söyləyib.

Eləcə də bax: Britaniya Rusiyaya SƏRT XƏBƏRDARLIQ edtdi

“Şimal ərazilər işğal olunub və biz hesab edirik ki, bu, hazırda Rusiyanın Ukraynaya qarşı etdiyi hücum kimi, beynəlxalq hüquqa ziddir”, - o vurğulayıb.

Qeyd edək ki, Moskva ilə Tokio arasında İturup, Kunaşir və Şikotan adalarının məxsusluğuna dair danışıqlar ötən əsrin ortalarından davam edir.

Kuril adalarının cənub qrupu Yaponiyanın şimalında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)