“Facebook”dan Rusiya dövlət KİV-nin reklamlarına QADAĞA
“Facebook” sosial şəbəkəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar öz platformasında Rusiya dövlət KİV-nin reklam və monetizasiyanı qadağan edir.
ENA.az xəbər verir ki, bu barədə “Facebook”un kibertəhlükəsizlik departamentinin rəhbəri Nataniel Qleyxer tviterdə yazıb.
Eləcə də bax: NATO Ukraynaya hərbi dəstək verəcəyini açıqladı
Onun sözlərinə görə, “Facebook” Ukraynadakı vəziyyəti diqqətlə izləyir.
“Biz indi Rusiyanın dövlət KİV-nə dünyanın istənilən yerində bizim platformamızda reklam və ya monetizasiyanı qadağan edirik”, - o bildirib.