Sağlamlıq

Zaur Əliyev: "Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək"

“Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirlər: “ABŞ-da və digər ölkələrdə yeni dərmanlar istehsal olunub. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Bizdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının rəyini gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar Azərbaycana da gətiriləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)