Mikayıl Cabbarov: “Emal sənayesində məhsul istehsalı 30.5% artıb”

Bu ilin yanvar ayında emal sənayesində məhsul istehsalı ötən ilin yanvar ayına nisbətən 30.5% artıb. Yeni istehsal sahələrinin yaradılması və sahibkarlığın stimullaşdırılması ölkə iqtisadiyyatının dayanıqlılığını getdikcə möhkəmləndirir.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi twitter səhifəsində yazıb.