Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Rusya-Ukrayna böhranının müzakirə olunduğu telefon söhbətində Türkiyə Prezidenti Rusiya dövlət başçısı Vladimir Putin ilə qurduqları yaxın dialoqa hər zaman böyük önəm verdiyini, bunun əhəmiyyətli nəticələrini gördüklərini və bu anlayışı davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımları qəbul etmədiklərini, bunun prinsipial mövqe olduğunu bildirən Ərdoğan Minsk Anlaşması zəminində bir nəticəyə nail olmağın önəmini qeyd edib. Problemin daha qarışıq hala gəlməsinin, hərbi qarşıdurmanın heç kəsə fayda gətirməyəcəyinə işarə edən Rəcəb Tayyib Ərdoğan bu anlayışla diplomatik təmasların və danışıqların davam etməsini arzuladıqlarını, dünən olduğu kimi bu gün də Türkiyənin gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşənləri həyata keçirməyə hazır olduğunu bildirib.
Bu məsələnin dialoq yolu ilə həll edilməsi çağırışını edən Türkiyə Prezidenti diplomatik müzakirələrin önə çıxarılmasının faydalı olduğuna, NATO daxilində də konstruktiv mövqe sərgilədiklərinə diqqət çəkib.
Prezident Ərdoğan ötən il sentyabrında Soçi Zirvəsi çərçivəsində gəldikləri qərar əsasda Rusiya dövlət başçısı Putini Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısı üçün ən qısa zamanda Türkiyədə gözlədiyini deyib.