Gündəm

Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

ENA.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.

Məlumata görə, söhbət zamanı Prezidentlər Türkiyə-Azərbaycan əməkdaşlığı, Ermənistanla münasibətlər və Rusiya və Ukrayna arasında yaşanan böhran daxil olmaqla bir çox regional məsələləri müzakirə ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department