Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər

“Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər”.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek yerli radio kanallaırndan birinə müsahibəsində bildirib.
O, aparıcının “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Bəli, bu mümkündür”.
R.Xabek qeyd edib ki, Almaniyanın Rusiyadan başqa yerlərdən təbii qaz və xammal idxal etmək imkanları var: “Bunu gücləndirmək lazımdır”.