Bayden: “Rusiyanın qazanc şansından məhrum olunması üçün sərəncam imzaladım”
“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.
ENA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden özünün tviterdəki hesabında yazıb.
“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, - Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.