"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
Vəzifə: İT texnik (Helpdesk)
İş yeri: Sabirabad rayonu
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət.
Vəzifə öhdəlikləri:
- İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət;
- “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
- İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması.
Tələblər:
- Windows XP/WIN7/WIN8.1/WIN10;
- WIN server 2003/ 2008 R2 / 2012 R2/ 2016 idarə edilməsi, Active Directory, DNS, DHCP server, Routing and remote access, NAT, VPN, DHCP relay agent, Web server idarə edilməsi bacarığı olanlara üstünlük veriləcək;
- Kabellərin sonlandırılmasını bilməli (Fiber optik kabellərlə iş bacarığı olanlara üstünlük verilir);
- Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
- Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
- Rack kabinlərin yığılmasını bacarmalı;
- Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
- Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
- Backup texnologiyaları biliyi olmalı;
- Şəxsi avtomobilin olması mütləqdir (istifadəçiyə ərazidə dəstək vermək üçün tələb olunur).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT texnik (Helpdesk)-Sabirabad” yazıb göndərməklə müraciət edə bilərsiniz.