ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
![](https://ena.az/uploads/news/2022-02/_ena_a3819969ea04dd9fa448a6f38_o.jpg)
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
ENA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
XİN-də səfirə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar çərçivəsində Rusiyanın ABŞ-ın məktubuna cavabının təqdim olunacağı bildirilir.
Rusiyanın XİN başçısı Sergey Lavrov daha əvvəl bildirmişdi ki, Moskva bir neçə saat sonra təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a öz cavabını göndərəcək.