Bank

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13 faiz artaraq yanvarın 1-nə milli valyuta ekvivalentində 9 milyard 241,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 59 faizi milli, 41 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,7 faiz azalıb.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,92 manata, 100 türk lirəsinə 12,61 manata, 100 rus rubluna 2,23 manata bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)