Ov üçün Azərbaycana gələn xaricilər kateqoriyalara bölünəcək
“Ov üçün Azərbaycana gələn xarici vətəndaşları 3 kateqoriyaya bölmək istəyirik. Bunlar yaşıl, sarı və qırmızı kateqoriya olacaq”.
Bunu Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, yaşıl kateqoriyada olanlar lisensiya çərçivəsində ov edərək geri qayıdır və heç bir qanunu pozmurlar:
“Sarı qrupda olanlar müəyyən qədər qanun pozmağa meyilli olurlar. Qırmızı kateqoriyaya adı daxil edilənlər isə konkret olaraq qanunları pozur və ekologiyaya ciddi zərər vururlar. Biz bu kateqoriya üzrə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcəyik ki, nəzarət etmək asanlaşsın” – o, qeyd edib.