Mərkəzi Bankın valyuta ehtiyatları yanvarda azalıb
![](https://ena.az/uploads/news/2022-02/_ena_352ca71642ca04edf4ddff718_o.jpg)
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 072,7 milyon ABŞ dolları təşkil edib.
ENA.az quruma istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə cüzi (2,3 milyon dollar) azdır.
Son 1 ildə isə AMB-nin valyuta ehtiyatları 11,1% artıb.