“Omicron”un alt növünün əsas simptomları açıqlandı
Britaniyalı alimlər koronavirusun “Omicron” ştamının yeni “BA.2” adlanan alt növünün əsas simptomlarını açıqlayıblar.
ENA.az “Daily Express” qəzetinə istinadən xəbər verir ki, bunlar yüksək temperatur, davamlı öskürək, dad və iybilmənin itməsi və yaxud dəyişməsidir.
Mütəxəssislər sözügedən simptomlar olduqda həkimə müraciət etməyi və koronavirus testi verməyi məsləhət görür.
Xatırladaq ki, britaniyalı alimlər yanvarın 21-i ölkədə “Omicron” ştamının “BA.2” alt növünü aşkar ediblər. İlkin təhlillərə görə, sözügedən alt növ daha yüksək sürətlə yayılır.