Gündəm

Bakıda parklanma ilə bağlı baş plan HAZIRLANDI

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.

Məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.

O qeyd edib ki, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, gecə yatdığı yerlər əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb.

“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, - deyə o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)