Neft bahalaşır- SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,70 dollar və ya 1,46% artaraq 48,66 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,67 dollar və ya 1,17% artaraq 57,73 dollar təşkil edib.