Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.
Bu barədə ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmr imzalayıb: "Əmrə əsasən, İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub. O, bu təyinata qədər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı".