Rusiya Belarusa iki "S-400" diviziyası göndərib
Rusiyanın Xabarovsk diyarından Belarusa iki diviziya “S-400” hava-hücumundan müdafiə zenit-raket kompleksi göndərilib.
ENa.az “RİA Novosti”yə istnadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Kompleks dəmiryolu vasitəsi ilə yola salınıb.
Bir müddət əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinə müttəfiq respublika olan Belarusa 12 “Su-35”, 2 diviziya “S-400” və “Pansir-S” zenit-raket kompleksi divizyası göndərəcəklərini bildirmişdi.
Məlumata görə, təlim tapşırıqlarının yerinə yetirildiyi ərazilərdə Rusiya hərbiçiləri Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində atış mövqelərini təchiz edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Təlimlər iki mərhələdə keçiriləcək. Birincisi fevralın 1-9-dək hazırlıq mərhələsidir. Təlimlərin ikinci mərhələsi “Qətiyyətli ittifaq-2022” adı altında keçiriləcək və fevralın 10-dan 20-dək davam edəcək.