Bank

Azərbaycanda pul kütləsi və Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2022-ci il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 75,4 milyon dollar təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.

2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 6 milyard 369,4 milyon dollar təşkil edib. Beləliklə, 2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb. Bankdan verilən məlumata görə, 2021-ci ildə AMB-nin ehtiyatlarnın artımı avqustda Beynəlxalq Valyuta Fondu tərəfindən 650 milyard dollar məbləğində SDR-in bölüşdürülməsi zamanı respiblikanın kvotası çərçivəsində Azərbaycana ayrılan 375 milyon SDR və ya 0,53 milyard dollar məbləğində vəsait ölkənin hesabına daxil olması ilə əlaqədardır.

Dekabr ayında AMB-nin valyuta ehtiyatları 0,8% və ya 56,7 milyon dollar artıb.

Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% yüksəlmişdi. 

Eyni zamanda Mərkəzi Bank 2021-ci il dekyabr ayının 30-na Azərbaycanda pul bazasının həcmini açıqlayıb. Bu həcm 17 milyard 937,6 milyon manat təşkil edir. 30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ildə pul bazası 32,2% artıb. 2021-ci ilin dekabr ayında pul bazası 3 milyard 658,5 milyon manat və ya 25,6% artıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)