Qarabağdakı rus sülhməramlılara yeni komandan təyin olundu

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.
ENA.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin şəxs general-mayor Andrey Volkovdur.
A. Volkov hazırda Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.
O, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlıların komandanının müavini olub.