Birja

Neftin qiyməti dünənki ucuzlaşmadan sonra bugün bahalaşdı

Bugünkü ticarət sessiyasında neftin qiyməti yüksəlir.

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 8:58-ə Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 81,24 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 0,37 dollar (0,46%) çoxdur. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda fevral ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 78,74 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,51 dollar (0,65%) çoxdur. 

Yeni koronavirus "omikron" ştamının sürətlə yayılması fonunda tələblə bağlı narahatlıqlara səbəb olub. Çinin Pekin yaxınlığındakı Tianjin şəhərində 20 nəfərə koronavirus diaqnozu qoyulduqdan sonra əhalinin COVID-19 üçün testinə başlanılıb.

Bu arada, Liviya ölkənin şərqində əsas neft kəmərinin müvəqqəti bağlanması səbəbindən ötən həftəki azalmadan sonra hasilatı tədricən bərpa edir. Bloomberg xəbər verir ki, obyektdə işlər başa çatdıqdan sonra hasilat sutkada 900 min barel artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)