"Royal Bank" və "Bank Standard"ın əmlakı hərraca çıxarılacaq
Yanvarın 12-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Royal Bank" ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da isə "Bank Standard" QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, "Bank Standard"a məxsus, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı dekabrın 22-nə təyin olunmuş ilkin hərrac baş tutmamadığından, təkrar hərracın keçirilməsinə qərar verilib. Əmlaka 29 milyon manat qiymət qoyulub. "Royal Bank"a məxsus daşınar əmlakların qiyməti isə 10 min manatdır.