Axtar

“Asus” məhsullarını geri çağırır

“Asus” kompüter şirkəti bəzi istifadəçilərin “anakart”larının əriməsi ilə bağlı xəbərlərdən sonra məhsullarını geri çağırmaq məcburiyyətində qalıb.

ENA.az xarici mediaya istinadla xəbər verir ki, kompüter şirkəti tərəfindən hazırlanmış bir sıra “Z690 Hero anakartları”nın normal istifadədən sonra yandığı və tüstü çıxardığı barədə xəbərlər yayılıb.

“Asus” səhvi etiraf edib və məhsulları geri çağırmağa başlayıb.

“Anakart”larla bağlı problemlə üzləşən şəxslərin əksəriyyəti ekranda yaddaşın işə salınması zamanı nasazlığı göstərən “Bios” xəbərdarlıq kodunu gördüklərini bildiriblər. Digərləri isə tüstü iyi hiss edib və məhsullarda yanıq izləri tapıblar.

Qeyd edək ki, “Z690 Hero” güclü oyun notbuklarında istifadə üçün yüksək səviyyəli “anakart”dır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33