Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,38% artaraq 47,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13 dollar və ya 0,23% artaraq 56,08 dollar təşkil edib.