Zaxarovadan Azərbaycan və Ermənistan ziyalılarının görüşünə REAKSİYA
Rəsmi Moskva Azərbaycan və Ermənistandan olan ictimai xadimlərin görüşünə münasibət bildirib.
ENA.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova Rusiyanın iki ölkə arasında keçirilən belə görüşləri dəstəklədiyini bildirib.
“Bu görüşlə Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri öz məqsədinə çatmış olar”.