MALİYYƏ

Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50103890S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ENA.az bu barədə BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351(6.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 153 387 400 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 26.01.2022-ci ildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)