BİZNES

Azərbaycanlı milyarder bu il sərvətini 6.4 mlrd. dollar artırıb

“Forbes” jurnalının siyahısında olan 104 rusiyalı milyarderdən 74-ü bu il ərzində sərvətlərini 101,39 mlrd. ABŞ dolları artıraraq 576,72 mlrd. dollara çatdırıb.

“Forbes”in verdiyi məlumata görə, təkcə ən uğurlu 10 milyarder öz kapitalını 74,51 mlrd. dollar artırıb. Sərvətini bu il ən çox artıranlar arasında “Telegram” mesencerinin təsisçisi Pavel Durov (+13,81 mlrd. dollar), “Wildberries” e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk (+11,92 mlrd. dollar) və “Avroxim”in İdarə Heyətinin üzvü Andrey Melniçenko (+10,6 mlrd. dollar) olub. Dekabrın 20-nə P. Durovun sərvəti 17,24 mlrd. dollar, T. Bakalçukun sərvəti 13,02 mlrd. dollar, A. Melniçenkonun sərvəti isə 25,37 mlrd. dollar təşkil edib.

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “Lukoil”un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov cari ildə sərvətinin artımına görə “Forbes”un rusiyalı milyarder reytinqində beşinci olub. O, bu il sərvətini 6,44 mlrd. dollar artıraraq 26,16 mlrd. dollara çatdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)