Birja

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

3 Yanvar 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100173S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.2779 AZN (9,70%) ilə 99.4217 AZN (7,76%) arasında olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 475 milyon 864 min 600 manat olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2779 AZN (9.70%), orta ölçülmüş qiyməti 99.3248 AZN (9.06%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon təşkil etmişdir. 

Notların ödəmə tarixi 30.01.2019.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department