Birja

Yaraltı qaz anbarlarında ehtiyat azalıb, qiymətlər isə Avropada yeni rekord qırdı

Avropada təbii qazın fyuçers qiymətləri növbəti dəfə rekord həddə çatıb.

Bazar ertəsi Frankfurt birjasında min kubmetr qazın dəyəri 1700 dollara çatıb. Bu, mütləq rekord göstəricidir. Bir tərəfdən də qışın soyuq keçəcəyi, “Şimal axını-2” qaz kəmərinin nə vaxt istifadəyə veriləcəyinin məlum olmaması və “Qazprom” məhsullarının Köhnə Dünyaya idxalının azalması barədə söhbətlər səngimir.

“Yamal-Avropa” boru kəməri vasitəsilə Rusiyadan Almaniyaya qaz tədarükü kəskin şəkildə azalıb. Bunun dəqiq səbəbini hələ heç kəs deyə bilmir. Təbii qazın qiymətinin artmasına təsir göstərən amillərdən biri “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsi vaxtının hələ də qeyri-müəyyən olması ilə bağlıdır. Halbuki layihə müəlliflərinin fikrincə, bu kəmər Rusiyadan Avropa İttifaqı ölkələrinə qaz tədarükünün əsas kanalı olmalı idi.

Almaniyada və qonşu ölkələrdə sutkalıq orta temperatur 0 dərəcədən aşağı olmağa başlayıb, qış isə hələ irəlidədir. Bu da birja brokerlərini qıcıqlandırır.

Yeraltı təbii qaz anbarlarında ehtiyatların azalmasından əlavə bəzi Avropa ölkələrində nüvə reaktorlarının işi qəflətən dayandırılıb.

Bir sözlə, indiki vəziyyətdə qazın qiymətinin kəskin şəkildə artmasına şərait yaradan amillər çoxdur. Bu proseslərin nə ilə nəticələnəcəyi barədə heç kəs proqnoz vermək istəmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)