Sosial iqtisadiyyat

Bu pensiyalar 20 faiz artırılır

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

ENA.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutur.

Belə ki, hazırda 200 manat olan minimum əmək pensiyası 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq, 240 manata çatdırılacaq.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department