"Amazon” 25 ildir mövcud olan “Alexa.com” reytinqini bağlayır

Çərşənbə günü “Amazon” şirkəti 25 ildir mövcud olan “Alexa.com” reytinq saytını bağlamaq planlarını açıqlayıb.
ENA.az xəbər verir ki, “Alexa.com” – ən populyar internet şirkətlərinin siyahısını tərtib etmək üçün tərəfdaşlarının veb-trafik məlumatlarından istifadə edən, qlobal reytinq sistemi ilə məşhurlaşan “Amazon”un törəmə şirkətidir.
Qeyd edək ki, saytların sıralanması ilə yanaşı, “Alexa.com” SEO və rəqiblərin təhlili alətlərini də təklif edir.