Bill Qeyts pandemiyanın kəskin mərhələsinin nə vaxt bitəcəyini açıqlayıb
“Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin sözlərinə görə, koronavirus pandemiyasının kəskin mərhələsi gələ il başa çatacaq.
İş adamı dünyada vaksinasiya sürətindən narahat olduğunu dilə gətirib. O, vaksinasiya prosesinin bu qədər uzun çəkəcəyini ağlına belə gətirə bilmədiyini bildirib. Bundan əlavə, Qeyts yeni ştamların sürətlə ortaya çıxmasını gözdən qaçırıb.
“Ümid edirəm ki, son çox da uzaqda deyil. Başqa bir proqnoz vermək ağılsızlıq olardı, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi 2022-ci ildə başa çatacaq”, – deyə milyarder söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, pandemiyanın başlamasından bəri dünyada 265 milyondan çox insan yoluxub. Onlardan beş milyondan çoxu ölüb. Epidemioloji vəziyyətin ən çətin olan ölkələrin reytinqində ABŞ, Hindistan və Braziliya liderlik edir.