2018-ci ildə bank-maliyyə sektorunda baş verənlər? - İCMAL
2018-ci il bank-maliyyə sektorunda müxtəlif dəyişikliklər və hadisələrlər yadda qaldı.
"BI" Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir ki, ötən il bank-maliyyə sektorunda bu hadisələr baş verdi:
2 yanvar -Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının aparılmasının yeni qaydaları təsdiqləndi
1 fevral – ADIF ilk dəfə əmanətçilərə nağdsız qaydada kompensasiya ödədi
12 fevral – AMB uçot dərəcəsini aşağı saldı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etdi.
19 və 26 fevral – Ləğv prosesində olan 5 bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirildi
22 fevral – “Bank BTB” investisiya şirkəti yaratdı
Vergilər Nazirliyi “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına aldı.
22 fevral – Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verildi
Milli Depozit Mərkəzinin emitentlər üçün yaratdığı interfeysdə buraxılmış hər bir qiymətli kağıza dair məlumatları (qiymətli kağızın mülkiyyətçisi, sənəd göstəriciləri, ünvanı və s.) real vaxt rejimində əldə etmək mümkündür.
1 mart – Azərbaycanda 5 bağlanmış bankın əmlakı hərracda satıldı
1 mart – ADIF “Dəmirbank”ın əmanətçilərinə 43 mln. manatdan artıq kompensasiya ödədi
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank”ın qorunan əmanətçilərinə 43,2 mln. manat kompensasiya ödədi.
7 mart – “Cocuq Mərcanlı” kredit ittifaqı yaradıldı
Vergilər Nazirliyi (VN) “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC-ni dövlət qeydiyyatına aldı.
9 aprel – Mərkəzi Bankın uçot dərəcəsi 13 faizdən 11 faizə endirildi
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13 faizdən 11 faizə endirilməsi barədə qərar qəbul etdi.
7 may – Azərbaycanın sığorta bazarında mediasiya sisteminin qurulmasına başlanıldı
14 may – “Kapital Bank” BOKT yaratdı
Nazirlik “Birkart” MMC BOKT-u dövlət qeydiyyatına aldı
17 may – Azərbaycanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlandı
17-18 may – Azərbaycanda ilk dəfə Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçirildi
İlk dəfə keçirilən forumda İT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri iştirak etdilər.
19 may – ADIF bağlanmış bankların müştərilərinə krediti Hökumət Ödəniş Portalı vasitəsilə ödəmək imkanı yaratdı
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına inteqrasiyasını təmin edib.
22 may – Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olundu
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqları ləğv olundu.
23 may – Azərbaycanda 200 manatlıq əskinas təqdim edildi
Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirildi.
30 may – “Yapı Kredi Bank (Azerbaijan)” Bakı Fond Birjasının birbaşa səhmdarı oldu
Ləğv prosesində olan “Yapı Kredi Yatırım” MMC “Bakı Fond Birjası” QSC-dəki (BFB) payından imtina etdi və şirkətin payını onun səhmdarı – “Yapı Kredi Bank (Azerbaijan)” QSC əldə etdi.
8 iyun – “Paşa Sığorta” Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verdi
Məhsul iki paket – Sərhədsiz sərhəd və Acıbadem və yerli xəstəxanalar üzrə təklif edilib.
13 iyun – Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edildi
14 iyun – Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etdi.
29 iyun – “Hesablama Palatası haqqında” qanun dəyişdi
Palata icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və onların icrası layihələrinə rəy verməli, dövlət maliyyə nəzarətinin obyektlərində müxtəlif sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirməlidir.
3 avqust – “Vektor” sistemi üzrə vəsaitləri MilliÖn terminalları vasitəsilə köçürmək mümkün oldu
24 avqust – Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqlədi
3 sentyabr – Azərbaycanda ödəniş kartlarından istifadə qaydaları dəyişdi
Dəyişikliyə əsasən, yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməz.
3 sentyabr – Azərbaycan Beynəlxalq Bankı regional inkassasiya mərkəzi yaratdı
Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC fəaliyyətin optimallaşdırılması, əhaliyə bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə inkassasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də tədbirlərin davamı kimi Yevlax rayonunda bankın İnkassasiya Mərkəzini yaratdı
14 sentyabr – Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün “IBM East Europe/Asia” şirkəti ilə müqavilə bağlandı
Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlandı.
4 oktyabr – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv olundu
Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni nizamnaməsinə görə MBNP-nin idarəetmə orqanı İdarə Heyəti oldu.
8 oktyabr – Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi
10 oktyabr – Azərbaycanda ilk dəfə smartfonlar vasitəsi ilə ödəniş xidməti istifadəyə verildi
Kapital Bank ASC “QR Pay” adlanan yeni ödəniş növündən istifadə etmək imkanı yaratdı.
30 oktyabr – Mərkəzi Bank uçot dərəcəsini endirdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul etdi .
15-16 noyabr – Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirildi
Forumda ABŞ, Yaponiya, Çin, Avropa və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətlərin nümayəndələri iştirak etdi.
16 noyabr – Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra qaydalara dəyişiklikləri təsdiqləmişdir:
– “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”
– “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”
– “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”
– “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”
30 noyabr – Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqlədi
18 dekabr – “BTB Kapital İnvestisiya şirkəti” Bakı Fond Birjasında üzvlüyə qəbul edildi
20 dekabr – “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edildi