Sosial iqtisadiyyat

Azərbaycandakı otellərin ən ucuz və ən bahalı Yeni İl qiymətləri - SİYAHI

Qarşıdan Yeni İl gecəsi gəlir və pandemiyanın yeni bir dalğasının başlanması xəbərləri, çoxumuzun xaricə səfər planlarının üstündən xətt çəkdi. "Omikron"un yayılması ilə Avropa məhdudiyyətləri ciddiləşdirir, qonşularımızda da virusun yayılma xəbərləri gəlməkdədir. Ona görə də yeni il qarşılamaq üçün ölkəmizdəki imkanları dəyərləndirənlərin sayı artıb.

Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahının qərarı Azərbaycanda iaşə obyektlərinin fəaliyyətinin 12:00-dək bitməsini tələb edir. Lakin burada bir “əmma” var. “Əmma”sı budur ki, bu qərar hotel və onun qonaqlarına aid deyil. Hotellərdəki restoran və barlar bütün gecəni sizə xidmət göstərə bilər. 

Bunu nəzərə alaraq Azərbaycanda ən dolğun Yeni İl paketi təklif edən, möhtəşəm qala gecəli bəzi hotellərin siyahısını sizin üçün hazırladıq.

 

Hotel

Müddət

Menyu

Qiymət

Lankaran Springs Welness Resort

31 dekabr-2 yanvar,

2 gecə/3 gün

Açıq bufet şəklində 3 dəfə tam qidalanma, yeni il axşam yeməyi, şou-proqram, canlı musiqi, konkurslar, diskoteka, hədiyyələr, atəşfəşanlıq.

 

 

*Yeni ilin ilk günü “Sumax” restoranının terrace hissəsində “Barbecue” (kebab) party

 

585 AZN

*Qiymət standard otaqda 1 nəfər üçündür

Quba Palace Hotel

31 dekabr-2 yanvar,

2 gecə/3 gün

Açıq bufet şəklində 3 dəfə tam qidalanma, yeni il axşam yeməyi, şou-proqram, canlı musiqi, konkurslar, diskoteka, hədiyyələr, atəşfəşanlıq.

 

1550 AZN – 1750 AZN

 

*Qiymətlər iki nəfər üçün nəzərdə tutulur

Qalaaltı Hotel & SPA

31 dekabr-2 yanvar,

2 gecə

 

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün

 

 

 

3 dəfə tam qidalanma, yeni il axşam yeməyi, şou-proqram, canlı musiqi, konkurslar, hədiyyələr, diskoteka,

Qapalı hovuz, fitnes mərkəzi və sauna,

Masaüstü tennis, futbol, voleybol və basketbol sahələrindən istifadə,

Ödənişsiz həkim konsultasiya (öncədən qeydiyyat ilə)

 

585 AZN

 

*Əlavə qonaq:

 

0-5 yaş: Ödənişsiz

 

6-11 yaş: 170 AZN - əlavə yataq xaric

 

12+ yaş: 410 AZN – Əlavə yataq daxil

 

Əlavə yataq – 30 AZN (Gecəlik)

Marxal Resort & SPA

31 dekabr-4 yanvar,

 

*Qiymətlər 2 gecə üçün nəzərdə tutulub

*Minimal gecə sifarişi 2 gecə

 

Səhər yeməyi – açıq bufet,

Gündəlik əyləncə proqramları,

SPA xidmətləri,

Yeni il Qala gecəsi,

 

 

990 AZN – Standard King (eyvansız, 2 nəfərlik)

1030 AZN – Standard King (eyvanlı, 2 nəfərlik)

1385 AZN – Standard Triple (eyvansız, 3 nəfərlik)

1190 AZN – Deluxe Suite (2 nəfərlik)

1230 – Corner Suite Balcony (2 nəfərlik)

2600 AZN – Ambassador Suite (4 nəfərlik)

1230 AZN – Couple Villa (2 nəfərlik)

2060 AZN – Standard Villa (4 nəfərlik)

2970 AZN – Medium Size Villa (6 nəfərlik)

3780 AZN – Big Size Villa (8 nəfərlik)

 

*Əlavə çarpayı (1 nəfər, 1 gecə + Səhər yeməyi + Qala gecəsi):

0-2 yaş: ödənişsiz

3-11 yaş: 295 AZN

12+ yaş: 315 AZN

 

Qəbələ Qafqaz Riverside Hotel

31 dekabr-2 yanvar,

Səhər qidalanma, yeni il axşam yeməyi, şou-proqram, canlı musiqi, konkurslar, hədiyyələr

 

1265 AZN

 

*Qiymət 2 nəfər üçün nəzərdə tutulur

Quba Bərpa Spa Mərkəzi

31 dekabr-2 yanvar,

2 gecə/3 gün

31 dekabr yeni il şam yeməyi,

01 yanvar səhər yeməyi,

31 dekabr və 01 yanvar şou proqram,

02 yanvar səhər yeməyi,

Hədiyyələr,

Diskoteka,

Şampan party,

Atəşfəşanlıq.

 

200 AZN

 

*yerlər məhduddur

*Qiymətlərdə tarixə görə artım ola bilər.

Pik Palace Hotel

31 dekabr-2yanvar

Səhər yeməyi

 

*31 dekabr Qala şam yeməyi üçün əlavə 400 AZN

800-900-1000 AZN

 

*Qiymətlər 2 nəfər üçün nəzərdə tutulur.

 

 

Excelsior Hotel Shamkir

31 dekabr - 3 yanvar,

3 gecə/4 gün

Hər gün səhər yeməyi və şam yeməyi, Qala gecəsi, əyləncəli oyunlar, şaxta baba, qar qız, hədiyyələr, atəşfəşanlıq, disco-party.

 

1 yanvar - Göygöl turu

2 yanvar – Annanfelt turu, Şəmkir City Park turu, Megafun əyləncə mərkəzində hər bir ailə üçün 1 saatlıq kart hədiyyə.

 

*Yeməklər açıq bufet şəklində xidmət olunur

830 AZN – 2 nəfərlik standard otaq

1010 AZN – 3 nəfərlik standard otaq

990 AZN – 2 nəfərlik VİP otaq (1 yataq otağı, 1 qonaq otağı)

1090 AZN – 2 nəfərlik VİP otaq (1 yataq otağı, 1 qonaq otağı)

 

*Körpələr 0-6 yaş: ödənişsiz

*Uşaq 6-11 yaş: 45 AZN (1 gün üçün) əlavə yataq daxil

*Böyük 12+ yaş: 60 AZN (1 gün üçün) əlavə yataq daxil

 

Sakit Göl HOTEL Şamaxı

30 dekabr – 2 yanvar, 3 gecə/4 gün

 

2 nəfərlik standart otaq.

Səhər yeməyi və Qala şam yeməyi

 

1880 AZN

 

*Qiymət iki nəfər üçün nəzərdə tutulur

Shamakhi Palace Sharadil

31 dekabr – 2 yanvar / 2 gecə / 3 gün

3 dəfə tam qidalanma, yeni il axşam yeməyi, şou-proqram, canlı musiqi, konkurslar, hədiyyələr

640 AZN

 

*2 nəfərlik Deluxe otaqda 1 nəfər üçün

Dreamland Golf Hotel

31 dekabr – 2 yanvar / 2 gecə

Müxtəlif şou proqramlar, sürprizlər, canlı musiqi, qidalanma

480 AZN

Hyatt Regency Baku

31 dekabr

*Gecə saat 12-yə qədər

Limitsiz qala yeməyi

520-540 AZN

 

EL Resort Qakh Hotel

2 nəfərlik

Səhər yeməyi, spa və qala gecəsi

650 AZN – 2 gecə

825 AZN – 3 gecə

 

*3 yaşa qədər uşaqlara ödənişsiz

 

 

 

 

aviatravel

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)