Qarabağ

Emin Hüseynov: “Ağdam Sənaye Parkının artıq beş rezidenti var”

“Ağdam şəhərinin mərkəzinə elektirik xəttinin çəkilişi düz bir il çəkdi”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib

“Artıq Ağdam şəhərinin elektrik enerjisi var. Ümid edirik ki, Qarabağda infrastrukturun bərpasından sonra ilkin yaşayış məhəllələrinin tikilməsinə başlanılacaq. İşğaldan azad edilmiş ərazilərdə ilkin yaşayış xətləri salınır, məktəb, xəstəxana tikilir. Həmçinin, qeyd edim ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək beş rezident var”, – E.Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda mövcud olan sistemlər tətbiq edilməlidir: “Bundan sonra innovasiyalar haqqında danışa bilərik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpası məsələsidir. Sonra isə əhalinin ora qayıdışının təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə çoxlu imkanlar var, orda “Ağıllı kənd”lər”, “Ağıllı şəhər”lər , həmçinin “Ağıllı bina”lar, rəqəmsal bərpa sistemləri olmalıdır. Bu gün bu istiqamətdə çox maraqlı layihələr var”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)