Axtar

Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

ENA.az xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. 

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

***

İlkin məlumata görə, qəzada 14 nəfərin həlak olduğu bildirilir. Rəsmi məlumat yayılmasa da, sosial şəbəkələrdə və qonşu ölkələrin mediasında bu barədə informasiya yer alıb. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33