Qarabağ

Prezident yeni qəbul edilən qərarlardan danışdı

“Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

"Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub", - İlham Əliyev vurğulayıb. 

Dövlət başçısı bildirib ki, Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub.

“Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq”, - deyə İlham Əliyev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)