Qarabağ

“Təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazırıq” - İlham Əliyev

“Rəsmi Bakı Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məsələsində Rusiyanın dəstəyini yüksək qiymətləndirir”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

“Biz həmçinin bu məsələdə (Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası –red.) dəstəyi, o cümlədən məsləhətçi dəstəyi yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası aparılmayıb. Ona görə də, biz təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazır olduğumuzu dəfələrlə bildirmişik”, - deyə İlham Əliyev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)