Bank

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 570,1 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. 

10 ay ərzində bankların əməliyyat gəlirləri 2 433 milyon manat (1 il əvvələ nisbətən 14,2 % çox), əməliyyat xərcləri 1 590,1 milyon manat (12,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 163,6 milyon manat (50,1% çox), gözlənilməz gəlirləri 0,5 milyon manat (təxminən 67% çox), mənfəət vergisi ödəmələri isə 109,7 milyon manat (18,5% az) təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department