Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında Brent markalı xam neftin barreli 79 dolların altında ticarət olunmaqdadır.
ENA.az xəbər verir ki, Brent markalı xam neftin barreli Londonun ICE birjasında 17 sent, yaxud 0.22% ucuzlaşmaqla 78.72 dollara, WTI markalı xam neftin barreli isə 8 sent, yaxud 0.11% ucuzlaşmaqla 75.86 dollara düşüb. Hazırda hər iki neft markası 2022-ci ilin yanvar fyuçersləri üzrə bağlanır.