TURİZM

Azərbaycan Serbiyanın turizm sektoruna pul qoyacaq

Azərbaycanlı sahibkarlar Serbiya iqtisadiyyatına investisiya qoymaq istəyir. 

Bu barədə dekabrın 24-də Bakıda səfərdə olmuş Serbiyanın ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic bildirib. 

Onun sözlərinə görə, azərbaycanlı iş adamları gələn ilin fevral ayında Serbiyanın turizm sektoruna pul qoymaq imkanlarını araşdırmaq üçün bu ölkəyə səfər edəcəklər: "Azərbaycana səfərim zamanı yerli investorlarla bu barədə müzakirələr olub". 

Nazir onu da deyib ki, Bakı səfərində Serbiyanın kənd təsərrüfatına, yol infrastrukturuna, xüsusilə Ruma-Sabac-Loznica avtomobil yoluna sərmayələrin cəlb edilməsi məsələsi gündəmdə olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)