TURİZM

Borçalıda aeroport tikilir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

Baş nazir İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb.

“Hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir. Tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır”.

Baş nazirin sözlərinə görə, Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcəyini söyləyib:

Qeyd edək ki, Vaziani kəndi Gürcüstanın cənub-şərq hissəsində, azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin ərazisində yerləşir. Yaşayış məntəqəsi Qardabani şəhərindən təxminən 23 kilometr şimal-şimal-qərb istiqamətində (birbaşa xətt üzrə) məsafədə yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)