Sosial iqtisadiyyat

“Gürcüstan-Azərbaycan sərhəd danışıqları intensiv fazaya daxil olacaq”

“Azərbaycan və Ermənistanla müzakirə etdiyimiz əsas məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. İki ölkə arasında bu yaxınlarda ciddi qarşıdurmalar olub. Lakin sərhədlərimizlə bağlı işimizi bir saniyə olsun belə dayandırmamışıq”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyən edilməsi istiqamətində daimi iş aparılır, informasiya mübadiləsi həyata keçirilir: “Biz bu məsələyə mütləq qayıdacağıq və müvafiq komissiyaların fəaliyyəti intensiv fazaya daxil olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)