Azərbaycan xarici dövlət borcunu ödəmək üçün ayırdığı vəsaiti azaltdı
2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1,6 milyard manat və yaxud 941 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.
Bu, ilkin proqnozla müqayisədə 6,3% azdır, gələnilki büdcə xərclərinin 5,8%-i deməkdir.
2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 20%-ə yaxın azalacaq.
Qaytarılacaq borcun 232 milyon manatı daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1,4 milyard manatı isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.