Sosial iqtisadiyyat

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin edildi

Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin edib.

Eləcə də bax: Nazirə yeni müavin - TƏYİN OLUNDU

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun  verdiyi məlumata görə, nazirin bu gün imzaladığı əmrə əsasən  BŞTİ-nin müdir vəzifəsinə Rəşad Tağıyev təyin edilib.

Eləcə də bax: “Naxçıvansığorta”da - YENİ SƏDR TƏYİNATI

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2013-2015-ci illərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq müdiri Məhəbbət Vəliyeva iyun ayında Təhsil nazirinin müavini təyin olunub. O, həmçinin BŞTİ-nin müdiri vəzifəsini icra edirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)