Sosial iqtisadiyyat

Vergi Xidmətinin rəis müavinindən deputatlara CAVAB

"Uşaqlar üçün qida və bezlərə, geyimlərə differensial azaldılmış ƏDV-nin tətbiqi gündəlikdə olan məsələdir və dəfələrlə müzakirə edilib”.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.

O bildirib ki, ölkəyə məhsulların idxalı və satışı zamanı adbaad, növbənöv bütün kateqoriyalar üzrə dəqiq sənədləşdirilmiş uçotu məsafədən izləmək imkanı yoxdur:

“Burada müvafiq infrastrukturun qurulması ilə bağlı işlərin yekunlaşmasını gözləyirik. Bundan sonra bu kimi məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə edilə bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department