Birja

SOCAR istiqrazları üzrə 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000 dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır. Bu barədə BFB-dan bildirilir.

2 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

16 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazlarının anderrayteri olmuş “PSG Kapital İnvestisiya Şirkəti” QSC həm də istiqrazların təkrar bazarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təyin olunmuş marketmeykeri olmaqla, onların BFB-də təkrar bazarda likvidliyini təmin edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birja üzvü olan  “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department