Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb
Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.