Bank

Azərbaycanda sistem əhəmiyyətli neçə bank var: onların kapital adekvatlığı niyə artdı?

Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı müəyyən tələblər var və hazırda ölkədə 4 sistem əhəmiyyətli bank fəaliyyət göstərir. ENA.-ın sualına cavab olaraq bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Rəşad Orucov keçirilən mətbuat konfransında deyib.

R.Orucovun sözlərinə görə, sistem əhəmiyyətli banklar aktivlərinin həcmi və hesablaşmalardakı göstəricilərinə görə seçilir. Bu banklar ölkənin maliyyə dayanıqlığının qorunmasında mühüm rola malikdirlər və maliyyə sistemi üçün önəmli banklardır. Pandemiya səbəbindən banklara kapital adekvatlığı tələbi % aşağı salınmışdı:

“Artıq pandemiyadan çıxış olduğuna görə, kapital adekvatlığı tələbi bərpa olunub”.

Belə ki, sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək minimum 11 % həddində (əvvəllər 10% idi- red) müəyyən olunub. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı isə 1 yanvar 2021-ci il tarixinədək 9 %-dən az ola bilməzdir.

Qeyd edəki ki, Mərkəzi Bankın kapital adekvatlığı əmsalı üzrə tələbi sistem əhəmiyyətli banklarda 12 %, digər banklarda isə 10 % həddindədir.

Hal-hazırda ölkədə 26 bank fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)